...

Tarix Muzeyinin incisi: AXC dövrünə aid bayraq ucluğu - FOTO

Mədəniyyət Materials 9 Fevral 2018 11:49 (UTC +04:00)
Milli Azərbaycan Tarixi Muzeyində Qafqaz İslam Ordusuna aid müxtəlif materiallar qorunur.
Tarix Muzeyinin incisi: AXC dövrünə aid bayraq ucluğu - FOTO

Bakı. Trend:

Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda Qafqaz İslam Ordusunun (QİO) hərbi hissələrinə aid müxtəlif materiallar qorunub saxlanılır.

Muzeydən Trend-ə verilən məlumatda bilirilir ki, bunların içərisində 1918-ci ildə Bakını azad etmiş QİO-ya məxsus bayraq ucluğu xüsusi yer tutur. Cümhuriyyət dövrünün tarixi əhəmiyyətli eksponatını Muzeyə AMEA-nın müxbir üzvü, mərhum numizmat və arxeoloq Yevgeni Paxomov təqdim edib.

Qeyd edək ki, Azərbaycan tarixinin ən önəmli səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Muzeydə bu dövrün materiallarından ibarət kataloq nəşrə hazırlanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti