...

Üçüncü Buktreyler Festivalı: iştirak üçün nə etməli?

Mədəniyyət Materials 2 Aprel 2018 23:17 (UTC +04:00)
İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.
Üçüncü Buktreyler Festivalı: iştirak üçün nə etməli?

Bakı. Trend:

Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi, Azercell və Libraff şirkətlərinin dəstəyi ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalının məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, yerli gənc yazarlara dəstək olunması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Festivalda iştirak etmək üçün lazım olan aşağıdakı 8 addımı nəzərinizə çatdırırıq:

1. Online qeydiyyatdan keçin

Festivalın www.booktrailer.az saytına daxil olub, ilk səhifədə Qeydiyyat keçidinə daxil olmaqla iştirakçı kimi qeydiyyatdan keçin.

2. Sevdiyiniz kitabı seçin

İstədiyiniz azərbaycanlı yazıçının kitabını seçdikdən sonra buktreyleri hansı media formada çəkəcəyinizi qərarlaşdırın: - oyun (aktyorların iştirakı ilə); - qeyri-oyun (aktyorların iştirakı olmadan); - animasiya və ya qrafika (çizgi filmi).

3. Buktreylerin ssenarisini yazın

Bunun üçün kİtabın ən maraqlı anlarını seçİn. Unutmayın ki, buktreylerinizin maraqlı və baxımlı olması məhz ssenaridən asılıdır.

4. Buktreyleri hazırladığınız ssenari əsasında çəkin

Çəkiliş zamanı istənilən texnikadan, hətta kamerasının minimal ölçüsü 1080p Full HD (1920x1080) olan smartfonlardan da istifadə edə bilərsiniz.

5. Çəkdiyiniz materialı montaj edin

Montaj zamanı saytımızda buktreylerlərə qoyulmuş tələblərlə diqqətlə tanış olun və riayət edin. Xronometraj: max. 3 dəq.

6. Montaj etdiyiniz materialın səs və musiqi tərtibatını işləyin

Musiqi seçimində diqqətli olun, bəzi musiqilərdən istifadə etdikdə müəllif hüquqları pozulması səbəbindən

buktreyler sosial şəbəkələrdə yerləşdirilə bilmir.

7. Buktreylerinizi festivala göndərin

Buktreylerinizi www.wetransfer.com saytı üzərİndən 8 aprel 2018-ci il tarixədək [email protected] ünvanına göndərin.

8. Buktreylerinizi qeydiyyatdan keçirin və qalib olmaq şansını əldə edin

Saytımızda qeyd olunmuş “Buktreylerin Qeydiyyatı” linkinə keçid etməklə oradakı məlumatları doldurun.

İştirak şərtlərinə uyğun gəlməyən və tələblərə cavab verməyən Buktreylerlər Festivalda iştiraka buraxılmır.

Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatları gözləyir.

Son müraciət tarixi: 8 Aprel, 2018

İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/Booktrailer.Az facebook səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.

Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti