Bakı. Trend:
Bakıda incəsənət məktəblərindən birində yeni təyinat olub.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən Trend-ə verilən məlumata görə, əmrə əsasən şəbəkəyə daxil olan S.Ələsgərov adına 1 nömrəli uşaq incəsənət məktəbinin tədris işləri üzrə direktor müavini vəzifəsinə Allahverdiyeva Mirvari Mehdi qızı təyin olunub.
Qeyd edək ki, direktor müavini vəzifəsini daha öncə Zamanova Maya Qurban qızı icra edib.