...

Kitablar “eldən elə, əldən ələ” gəzəcək (FOTO)

Mədəniyyət Materials 5 İyun 2018 13:15 (UTC +04:00)
Mütaliəyə marağı daha da artırmaq məqsədilə “3 alma” və Nokia brendinin ölkəmizdəki təmsilçisi Mobitel şirkəti yeni bir layihəni həyata keçirməyə hazırlaşır.
Kitablar “eldən elə, əldən ələ” gəzəcək (FOTO)

Bakı. Trend:

Mütaliəyə marağı daha da artırmaq məqsədilə “3 alma” və Nokia brendinin ölkəmizdəki təmsilçisi Mobitel şirkəti yeni bir layihəni həyata keçirməyə hazırlaşır.

Trend-in məlumatına görə, məqsəd kitab almağa imkanı olmayan aztəminatlı ailələrin uşaqlarını sevindirmək və onları elə kiçik yaşlarından mütaliəyə cəlb etməkdir. Layihə çərçivəsində Azərbaycanın ucqar dağ kəndlərində yaşayan məktəblilərə əlavə oxu kitablarının paylanması nəzərdə tutulur. Bu aksiya və oxunan əsərlər barədə şagirdlərin rəy və fikirləri isə xüsusi yaradılmış “hashtag”lə sosial şəbəkələrdə çağırış şəklində yayılacaq. Mütəmadi olaraq davamı nəzərdə tutulan layihəyə görə kitabların təkcə məktəblərə deyil, uşaq evləri və sığınacaqlara da göndərilməsi planlaşdırılır.

Qeyd edək ki, 1 iyun tarixində ilk məktəb olaraq Xocalı rayon təhsil şöbəsi, 2 saylı orta məktəbin 1-5 sinif şagirdlərinə 150 ədəd kitab hədiyyə edilib

Məlumat üçün: www.3alma.az

www.instagram.com/3_a_l_m_a/

www.facebook.com/3Alma.Az/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti