...

“SABAH” incəsənət festivalının bağlanış mərasimi keçirilib (FOTO)

Mədəniyyət Materials 13 İyun 2018 19:39 (UTC +04:00)
Beynəlxalq Muğam Mərkəzində “SABAH” İncəsənət festivalının bağlanış mərasimi keçirilib.
“SABAH” incəsənət festivalının bağlanış mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illi yubileyinə həsr olunmuş “SABAH” İncəsənət Festivalının bağlanış mərasimi keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi bağlanış mərasimi Dövlət Himninin ifası ilə başlayıb.

Festival Təhsil Nazirliyi, “SABAH” qrupu, İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi, Dövlət Rəssamlıq Akademiyası, Bakı Musiqi Akaemiyası, Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Memarlıq və İnşaat Universitetinin birgə layihəsi çərçivəsində reallaşıb.

Festivalın ilk günündə ADMİU-nun “SƏDA Tədris”teatrında göstərilən AXC-nin 100 illiyinə həsr olunan “Hərə bir qəhrəman”tamaşası, İçərişəhər Qoşa Qala qapısında pantomim və ustad dərsləri, müxtəlif musiqili proqramlar icimaiyyətə açıq elan olunub.

Festivalın məqsədi savadlı, bacarıqlı mütəxəssislərin hazırlanmasından ibarətdir. 2014-cü ildə başlamış “SABAH” layihəsi çərçivəsində dörd ali təhsil müəssisəsinin BMA, ADMİU, AZMİU, ADRA-nın iştirakı ilə festivallarda, simpoziumlarda və qastrollarda ölkəmizi təmsil ediblər.

Mərkəzin foyesində AZMİU və ADRA-nın əl işləri və BMA-nın tələbələrinin ifasında canlı musiqi nümayiş olunub.

Daha sonra ADMİU-nin IV kurs “SABAH” qrupunun tələbələri M.F.Axundovun “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasını oynayıblar.

Festivalın rəsmi hissəsində təhsil naziri Ceyhun Bayramov çıxış edərək festivalın məqsədindən, yaradıcı gənclərin fəaliyyətinə göstərdiyi müsbət təsirdən söhbət açıb və tələbələrə mükafatlar təqdim edib.

Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında musiqi nömrələri səslənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti