...

"Milyonluq quş"un treyleri yayımlanıb (FOTO/VİDEO)

Mədəniyyət Materials 18 Sentyabr 2018 11:04 (UTC +04:00)
Azərbaycanlı məşhurların türkiyəli ulduz sənətçilərlə birlikdə baş rol aldığı "Milyonluq quş" filminin Bakıda qala gecəsi keçiriləcək.
"Milyonluq quş"un treyleri yayımlanıb (FOTO/VİDEO)

Bakı. Trend:

Azərbaycanlı məşhurların türkiyəli ulduz sənətçilərlə birlikdə baş rol aldığı "Milyonluq quş" filminin Bakıda qala gecəsi keçiriləcək.

Trend-in məlumatına görə, “Artlemma” film şirkətinin istehsalı olan ekran işinin baş rollarında Türkiyənin populyar sənətçiləri Ufuk Özkan, Mehtap Bayri, Gökçe Özyol və Azərbaycanın tanınmış aktyoru Müşfiq Şahverdiyev ilə Dilarə Əliyeva rol alıb.

Ondan əlavə Aysel Nazim, Nofel Şahlaroğlu, Qurban Məsimov da sözügedən filmdə öz rolları ilə fərqləniblər. Filmin senarisi Təvəkkül T.Mehrəliyevə aiddir. "Milyonluq quş"un qala gecəsi Bakıda oktyabrın 3-də baş tutacaq. Qala gecəsi Nizami kinoteatrında olacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti