...

Azərbaycan hökuməti ilə YUNESKO arasında müqavilə imzalanıb

Mədəniyyət Materials 28 Mart 2019 16:34 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan hökuməti ilə YUNESKO arasında müqavilə imzalanıb.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, müqavilə 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlıdır.

Sənəd mədəniyyət naziri Əbülfəs Qarayevin YUNESKO-da görüşləri çərçivəsində imzalanıb.

Müqaviləni Azərbaycan Hökuməti tərəfdən nazir Ə.Qarayev, YUNESKO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalayıb.

Sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də YUNESKO-nun vəzifə öhdəlikləri əks olunub. Bununla yanaşı, müqavilədə Komitədən əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə Menecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər gostərilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti