...

Qara Qarayevin seçilmiş əsərləri Almaniyada çap olunub

Mədəniyyət Materials 11 Aprel 2019 15:14 (UTC +04:00)
Kitab Almaniyada Azərbaycan musiqisinin geniş təbliği, Avropalı gənc nəsilə Azərbaycan musiqisinin parlaq simalarını tanıtmaq məqsədilə hazırlanıb.
Qara Qarayevin seçilmiş əsərləri Almaniyada çap olunub

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin “Görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin 100 illik yubileyi haqqında” 17 oktyabr 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi və Avropa Mədəniyyətlərarası Əməkdaşlıq Forumunun təşkilatçılığı ilə “Qara Qarayev – Seçilmiş fortepiano əsərləri” kitabının Almaniyada “Bellmann” musiqi nəşriyyatı tərəfindən çapı başa çatdırılıb.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, alman dilində şərhlərlə nəşr olunan kitaba, həmçinin Azərbaycanın Əməkdar artisti Elnarə İsmayılovanın ifasında Qara Qarayevin fortepiano əsərlərindən ibarət audio disk daxil edilib.

Kitab Almaniyada Azərbaycan musiqisinin geniş təbliği, Avropalı gənc nəsilə Azərbaycan musiqisinin parlaq simalarını tanıtmaq məqsədilə hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti