...

“Azerbaijan golden kids awards 2019” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi baş tutub (FOTO)

Mədəniyyət Materials 5 İyun 2019 03:03 (UTC +04:00)
“Azerbaijan golden kids awards 2019” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi baş tutub
“Azerbaijan golden kids awards 2019” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi baş tutub (FOTO)

Bakı. Trend:

Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət departamentinin təşkilatçılığı ilə “1 İyun uşaqların beynəlxalq müdafiəsi günü”nə həsr olunmuş sayca ikinci dəfə keçirilən “AZERBAIJAN GOLDEN KIDS AWARDS 2019” uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi baş tutub.

Trend-in məlumatına görə, tədbiri Azərbaycan Könüllülər İctimai Birliyinin sədri İmaməddin Quliyev, layihə rəhbəri və Azərbaycan Könüllülər İctimai Birliyinin Mədəniyyət və İncəsənət Departamentinin rəhbəri Ülviyyə Bəbirli və Bəbir Bəbirli açıq elan etdilər.

Tədbirdə incəsənətin bir çox sahələrindən olan uşaqlar bu illər ərzində əldə etdiyi uğurlara görə 36 nominasiya üzrə “GOLDEN KIDS AWARDS 2019” mükafatını aldılar.

Mükafatlar dövləti təmsil edən rəsmi şəxslərin, qeyri-hökümət təşkilarlarının nümayəndələrinin və mədəniyyət və incəsənət xadimləri tərəfindən təqdim olundu. Bu da öz növbəsində balaca istedadlara böyük motivasiya verdi.

Gecənin aparıcıları əməkdar mədəniyyət işçisi Leyla Quliyeva və Ruslan Sabirli idi.

Mərasimdə Azərbaycan Dövlət Akademik Musiqil teatrın direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev, xalq artisti, "Şöhrət" ordenli rejissor Cənnət Səlimova, əməkdar artistlər Tünzalə Ağayeva, Ülviyyə Əliyeva, İlahə Əfəndiyeva və Bəhruz Vaqifoğlu, modelyer-dizayner Gülnarə Xəlilova, teleaparıcılar Orxan Fikrətoğlu, Ceyhun Əli, Vüsalə Səid, Lətafət Ələkbərova, Taleh Yüzbəyov, Səfa Mehdi, bəstəkar Elçin İmanov, rejissor Namiq Ağayev, müğənnilər Elnur Məmmədov, Ayaz Qasımov, Təranə Mahmudova, Elnarə Xəlilova və s. tanınmış insanlar iştirak etdilər.

Qeyd edək ki, Nizami Kino Mərkəzinin də tərafdaş olduğu layihənin keçirilməsində məqsəd 5-16 yaşadək olan uşaq və gənclərin iştirakını təmin edərək onların inkişafına, istedad və bacarıqlarının üzə çıxmasına dəstək olmaqdır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti