...

“CinemaPlus” ad gününü qeyd edir

Mədəniyyət Materials 17 Dekabr 2019 02:09 (UTC +04:00)
Ad günü keçirtmək film və hədiyyə üçün bir bəhanədir
“CinemaPlus” ad gününü qeyd edir

Bakı. Trend:

Azərbaycanın premium kinoteatrı olan “CinemaPlus” 17 dekabr tarixində öz ad gününü qeyd edir.

Trend-in məlumatına görə, hər il olduğu kimi bu ildə kinoteatr öz tamaşaçıları üçün hədiyyə hazırlayır.

Məhz 17 dekabr “Qış nağılı”, “ŞaBaş” və ya “Jumanji: Yeni mərhələ” filmlərinə bilet əldə edən zalda gizlədilmiş hədiyyələri almaq şansı qazanacaqlar! Hədiyyələr yuxarıda qeyd olunan filmlərin günboyu “28 Mall”, “Ganjlik Mall” və “Azerbaijan Cinema” filiallarında nümayiş olunan seanslarında veriləcək. “CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman tamaşaçılarına xoş sürprizlər etmək, kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə və həqiqətən ailəniz, dostlarınız və yaxınlarınızla vaxt keçirə biləcəyiniz sevimli istirahət məkanı olmağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti