...

“Məhəbbət əfsanəsi”nin məşqləri başladı (FOTO/VİDEO)

Mədəniyyət Materials 19 Fevral 2020 11:28 (UTC +04:00)
Balet Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə müəllifin vətəninə qayıdır
“Məhəbbət əfsanəsi”nin məşqləri başladı (FOTO/VİDEO)

Bakı. Trend:

Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin məşqlərinə start verilib.

Trend xəbər verir ki, proses məşhur baletmeyster Yuri Qriqoroviçin rəhbərliyi ilə həyata keçir.

Səhnə tərtibatı ilə tanınmış rəssam Simon Virsaladze məşğul olub. Bundan əlavə, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edəcək.

Qeyd edək ki, balet Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə müəllifin vətəninə qayıdır. Məşhur əsərin təqdimatı 13, 15 və 16 mart tarixlərində Heydər Əliyev Sarayında olacaq. Biletləri “iTicket.az” satış məntəqələrindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti