...

Xalq artisti Canəli Əkbərov vəfat edib

Mədəniyyət Materials 22 Oktyabr 2021 22:21 (UTC +04:00)
Xalq artisti Canəli Əkbərov vəfat edib

Bakı. Trend:

Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə onun oğlu Sabir Əkbərov məlumat verib.

Xalq artisti sabah dəfn olunacaq.

Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəranda anadan olub.

Prezident İlham Əliyev 2020-ci ilin martında Xalq artistini Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti