...

Şəkidə musiqi festivalında “Zəfər” muğam ansamblının konserti olub

Mədəniyyət Materials 4 İyul 2023 20:45 (UTC +04:00)
Şəkidə musiqi festivalında “Zəfər” muğam ansamblının konserti olub

Bakı. Trend:

Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 4-də axşam saatlarında musiqisevərlərə “Zəfər” muğam ansamblının konserti təqdim olunub.

Trend xəbər verir ki, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki Xan Sarayının qarşısında keçirilən konsertdə şəhər rəhbərliyi, festivalın təşkilatçı qurumlarının nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Ustad xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikovun, xanəndələr Vəfa Vəzirovanın, Hüseyn Məlikovun təqdim etdikləri xalq və bəstəkar mahnıları, muğamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İfaçıları tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Pərviz Mirzəyev, nağarada Səyyar Teymurov müşayiət ediblər.

Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın xatirə hədiyyəsi təqdim olunub.

Festivalın proqramına uyğun olaraq, “Yuxarı Karvansaray” mehmanxana-kompleksində Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblı çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti