...

Bu il dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsaitin həcmi artıb

Mədəniyyət Materials 5 Yanvar 2026 15:11 (UTC +04:00)
Bu il dövlət büdcəsindən mədəniyyət sahəsinə ayrılan vəsaitin həcmi artıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

2026-cı ilin dövlət büdcəsində mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsinə nəzərdə tutulan xərclər 632,1 milyon manat təşkil edəcəkdir ki, bu da 2025-ci illə müqayisədə 10,4 milyon manat və ya 1,7 faiz çoxdur.

Trend-in məlumatına görə, bu, Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşın büdcə bələdçisi”ndə öz əksini tapıb.

Belə ki, həmin vəsaitin 240,7 milyon manatı mədəniyyət və incəsənət sahəsində fəaliyyət (kitabxanalar, muzeylər, qoruqlar, mədəniyyət sarayları, evləri, mədəniyyət mərkəzləri, teatrlar, musiqi kollektivlərinin saxlanılması xərclərinə,

78,7 milyon manatı televiziya, radio və nəşriyyat xərclərinə, 50,1 milyon manatı bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin maliyyələşdirilməsinə, 22,8 milyon manatı yaradıcı ittifaqlar, cəmiyyətlər və dini tədbirlərlə bağlı digər xərclərə, 239,8 milyon manatı bu sahələrdə digər müəssisə və tədbirlərlə bağlı xərclərə yönəldiləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti