...

ARGTMŞ: Azərbaycan xalqı dəfələrlə doğru seçimlər etdiyini sübut edib

Seçki 2015 Materials 27 Oktyabr 2015 12:28 (UTC +04:00)
“Ölkənin inkişafı bir sıra göstəricilərlə xarakterizə olunur. Bunlardan biri ölkənin seçkilər prosesində demokratik prinsip və dəyərlərin qorunmasıdır. Bu baxımdan cari ildə həyata keçirilən parlament seçkiləri həm təşkilati cəhətləri, həm namizədlərin qəbulu, həm də təbliğat-təşviqat işinin təşkilinə görə, ölkənin inkişaf meyllərinin bütün xüsusiyyətlərini özündə birləşdirir”.
ARGTMŞ: Azərbaycan xalqı dəfələrlə doğru seçimlər etdiyini sübut edib

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

"Ölkənin inkişafı bir sıra göstəricilərlə xarakterizə olunur. Bunlardan biri ölkənin seçkilər prosesində demokratik prinsip və dəyərlərin qorunmasıdır. Bu baxımdan cari ildə həyata keçirilən parlament seçkiləri həm təşkilati cəhətləri, həm namizədlərin qəbulu, həm də təbliğat-təşviqat işinin təşkilinə görə, ölkənin inkişaf meyllərinin bütün xüsusiyyətlərini özündə birləşdirir".

Trend-in məlumatına görə, bu barədə Seçki-2015.az saytına açıqlamasında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə bildirib.

O, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş qədim dövlətçilik ənənələrinə malik müasir Azərbaycanın sürətli inkişaf dövrünü yaşadığını diqqətə çatdırıb. Qeyd edib ki, ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar və ölkənin bütün sahələrini əhatə edən inkişaf meylləri tədricən Azərbaycanı dünyanın qabaqcıl dövlətlərindən birinə çevirir.

ARGTMŞ sədri belə bir şəraitdə Azərbaycan gənclər siyasətinin də uğurla davam etdirildiyini, bu siyasətin bütün dünyada uğurlu bir təcrübə kimi tanındığını vurğulayıb. Onun sözlərinə görə, gənclər siyasəti çərçivəsində gənclərlə bağlı atılmış uzunmüddətli strateji addımlar, onların fəallığını artırıb, qərarvermə prosesində onların yaxından iştirakını təmin edib: "Bütün bunlar gənclərin parlament seçkilərində fəal iştirakına imkan yaradır. Bu baxımdan Gənclər Təşkilatları Milli Şurası da 112 təşkilatla birgə gənclərin bu istiqamətdə maarifləndirilməsinə xüsusi əhəmiyyət verir. Təşkilat və onun üzvləri tərəfindən mütəmadi olaraq bu istiqamətdə gənclərlə görüşlər keçirilir, fikir mübadiləsi aparılır. Gənclər Təşkilatları Milli Şurası tərəfindən oktyabr ayının 27-də Mərkəzi Seçki Komissiyasına təşkil olunan məlumat turu da bu istiqamətdə mühüm əhəmiyyətə malikdir".

Ermənipərəst qüvvələrin təsiri altında olan bəzi dairələrin, beynəlxalq təşkilatların parlament seçkisi öncəsi Azərbaycan haqqında həqiqətə uyğun olmayan rəy formalaşdırmalarına münasibət bildirən Ş. Seyidzadə bu cür halları təəssüflə qarşıladığını dilə gətirib.

O deyib ki, Azərbaycanın inkişafından narahatlıq hissi keçirən dairələrin ölkəmizə qarşı qarayaxma cəhdləri tendensiyaya çevrilib: "Azərbaycan xalqının inam, etimad və iradəsi sayəsində bu kimi cəhdlər uğursuzluğa düçar olur. Azərbaycan xalqı dəfələrlə doğru seçimlər etdiyini sübut edib. Xalqımız qərəzli dairələrin bəyanatları haqqında yox, Milli Məclisdə onların səsini duyuracaq millət vəkilini seçmək haqqında düşünür. Əlbəttə, zaman ən böyük sınaqdır. Ölkəmiz bütün sınaqlardan uğurlu və səmərəli nəticələr çıxarıb, yeni-yeni uğurlara imza atıb. İnanıram ki, budəfəki seçkilər də tarixin növbəti uğurla nəticələnən sınağı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti