...

Səfir: ABŞ Azərbaycanda parlament seçkilərinə hazırlığı diqqətlə izləyir

Seçki 2015 Materials 29 Oktyabr 2015 16:41 (UTC +04:00)
Azərbaycan parlamentinin növbəti tərkibindən asılı olmayaraq, Azərbaycan üçün daha yaxşı gələcəyə nail olmaq məqsədilə ABŞ ikitərəfli əməkdaşlığa yenə də sadiqdir.
Səfir: ABŞ Azərbaycanda parlament seçkilərinə hazırlığı diqqətlə izləyir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend, müxbir Anaxanım Hidayətova/

Seçkilər yaxşı işləyən istənilən demokratiyanın vacib hissəsidir və ABŞ Azərbaycanda parlament seçkilərinə hazırlığı diqqətlə izləyir. Bunu Trend-ə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir qeyd edib ki, Azərbaycan parlamentinin növbəti tərkibindən asılı olmayaraq, Azərbaycan üçün daha yaxşı gələcəyə nail olmaq məqsədilə ABŞ ikitərəfli əməkdaşlığa yenə də sadiqdir.

O, ümid etdiyini bildirib ki, yeni seçilmiş deputatlar da bu sadiqlliyi bölüşəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti