...

Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının açılış mərasimi keçirilib (FOTO)

Gündəm Materials 12 Aprel 2018 19:02 (UTC +04:00)
Bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının açılış mərasimi keçirilib.
Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının açılış mərasimi  keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının açılış mərasimi keçirilib.

Bu dəfə açılış mərasimində tamaşaçılara əsl amerikan şousu nümayiş etdirilib. Ənənəvi gimnastika alətəri ilə yanaşı, tamaşaçılar səhnədə basketbol halqasını da görüblər. ABŞ-da yaranmış basketbol, məhz gimnastika hərəkətlərini müxtəlifləşdirmək üçün ərsəyə gətirilmişdi. Təsadüfi deyil ki, batut gimnastikasının yaradılması və inkişafı da ABŞ-da baş verib. Tamamilə fərqli idman növlərinin tarixi əlaqələri açılış mərasiminin mərkəzi mövzusuna çevrilib.

Açılış mərasimində digər yenilik ondan ibarətdir ki, müxtəlif gimnastika növləri üzrə komandalarla yanaşı şouda batut gimnastikası üzrə texniki komitənin üzvləri də iştirak edib.

Avropa çempionatının ən maraqlı personajı isə Qur-qur adlı maskotdur. Şən qurbağa rolunun yerinə yetirilməsi üçün təşkilatçılar çox fikirləşmədən bu sahənin peşəkarlarını dəvət ediblər. Uzun illər maskotları təsvir etmiş və ABŞ-dan gəlmiş Skot Hesinqton və Berri Anderson dörd gün ərzində tamaşaçılar üçün unudulmaz şou təqdim edəcəklər.

Trend oxuculara açılış mərasimindən fotoşəkilləri təqdim edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti