...

Azərbaycanda ilk dəfə vəkillərin sayı 1000 nəfəri ötüb

Gündəm Materials 2 May 2018 10:33 (UTC +04:00)
vəkilliyin inkişafı üzrə görülən tədbirlər xüsusi yer tutur və önəm kəsb edir.
Azərbaycanda ilk dəfə vəkillərin sayı 1000 nəfəri ötüb

Bakı. Samir Əli - Trend:

Vəkillərin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işlər çərçivəsində vəkilliyin inkişafı üzrə görülən tədbirlər xüsusi yer tutur və önəm kəsb edir.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Kollegiya sədri bildirib ki, vəkillik institutu son illər çox inkişaf edir və bu sahədə böyük işlər görülür:

"İlk dəfə ölkədə vəkillərin sayı 1000 nəfəri ötüb. Ölkədə 1039 nəfər vəkil fəaliyyət göstərir. Bu gün 90 nəfər namizəd yazılı imtahanı, şifahi müsahibəni, tədrisi uğurla keçən namizədlərimiz təntənəli sürətdə Vəkillər Kollegiyasına qəbul olunublar. Bu namizədlər respublikanın bütün regionlarında fəaliyyət göstərəcək, insanlarımıza yüksək keyfiyyətli hüquqi yardım göstərəcəklər. Çalışırıq ki, bu işi daim davam etdirək".

A.Bağırov qeyd edib ki, hazırda kollegiyaya qəbul davam edir: "Ümid edirəm ki, ilin sonuna kimi ölkədə vəkillərin sayı xeyli artacaq. Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq bu məsələləri daim diqqət mərkəzində saxlayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti