...

Kabab bişirmək qadağan ediləcək - Yanğın təhlükəsi səbəbindən

Gündəm Materials 10 May 2018 11:44 (UTC +04:00)
Rusiyada futbol üzrə dünya çempionatının keçiriləcəyi şəhərlərdə kabab bişirmək qadağan ediləcək.
Kabab bişirmək qadağan ediləcək - Yanğın təhlükəsi səbəbindən

Bakı. Trend:

Rusiyada futbol üzrə dünya çempionatının keçiriləcəyi şəhərlərdə kabab bişirmək qadağan ediləcək.

Trend-in məlumatına görə, bu, həmin şəhərlərdə xüsusi yanğından mühafizə rejiminin tətbiq olunması ilə əlaqədardır.

Həmin müddət ərzində həmçinin quru otların yandırılmasI, tonqal qalanması, eləcə də zibil və digər tullantıların yandırılması qadağan ediləcək.

Qərara əsasən, bu qaydaları pozan vətəndaşlar 2 - 5 min rubl, fiziki şəxslər 15-40 min rubl, hüquqi şəxslər isə 200-500 min rubl cərimələnəcəklər.

Qeyd edək ki, futbol üzrə dünya çempionati iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti