...

32 ölkədən olan gimnastlar Bakıda Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparır (FOTOREPORTAJ)

Gündəm Materials 23 İyun 2018 13:28 (UTC +04:00)
Bu gün Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçirilir
32 ölkədən olan gimnastlar Bakıda Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə uğrunda mübarizə aparır (FOTOREPORTAJ)

Bakı. Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışları keçirilir.

Trend-in məlumatına görə, Buenos-Ayresdə təşkil olunacaq (6-18 oktyabr, 2018-ci il) bu Oyunlara vəsiqə qazanan kişi və qadın idman gimnastlarının adları məhz paytaxtımızda açıqlanacaq.

Artıq yarışlarda birinci rotasiya başa çatıb, növbəti iki rotasiyadan sonra Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazananların adları məlum olacaq.

Qeyd edək ki, ilin ən mötəbər turnirinə lisenziya qazanmaq üçün 32 ölkədən 52 kişi və 44 qadın idman gimnastlarının çıxışları gözlənilir. Kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparır.

Ölkəmizi bu yarışda Samirə Qəhrəmanova, Ağamurad Qəhrəmanov və Səməd Məmmədli təmsil edir.

Təsnifat yarışlarında çoxnövçülük proqramında çıxışların nəticələrinə əsasən hər ölkədən yalnız bir nəfər olmaqla ilk 17-likdə yer almış iştirakçılar Buenos-Ayresə getmək şansı əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti