...

Birləşmiş Ştatlar Azərbaycan əhalisini təhlükəli xəstəliklərdən qorumağa yardım edir

Gündəm Materials 26 İyun 2018 09:46 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı Səfirliyi və Azərbaycanın Səhiyyə Nazirliyi Bakı və paytaxtdan kənarda yaşıyan vətəndaşlarının sağlamlığını gücləndirmək üçün birgə çalışırlar.
Birləşmiş Ştatlar Azərbaycan əhalisini təhlükəli xəstəliklərdən qorumağa yardım edir

Bakı. Trend:

ABŞ-ın Azərbaycandakı Səfirliyi və Azərbaycanın Səhiyyə Nazirliyi Bakı və paytaxtdan kənarda yaşıyan vətəndaşlarının sağlamlığını gücləndirmək üçün birgə çalışırlar. Belə ki, səfirlikdən Trend-ə verilən məlumata görə, 21 iyun tarixində ABŞ-ın Azərbaycandakı Səfirliyi və Səfirliyin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi xüsusi təhlükəli patogenlərdən qorumaq və araşdırmalar aparmaq üçün Azərbaycanın Səhiyyə Nazirliyinə 55 min ABŞ dolları dəyərində avadanlıq təhvil verib. Bu, Azərbaycanın təhlükəli xəstəliklərinin aşkarlanması və qarşısının alınması imkanlarının güçləndirilməsi üçün uzunmüddətli layihənin bir hissəsidir.

20-23 iyun tarixlərində Bakının Mərkəzi Referans Laboratoriyasında diaqnostik və bioloji təhlükəsizlik üzrə təlimim koordinasiyasını həyata kecirmək üçün ABŞ Səfirliyi ABŞ-ın Daşkəndəki Səfirliyindən olan tərəfdaşları ilə sıx əməkdaşlıq edib. Alimlər laboratoriyada metod və prosesləri müqayisə edərək, milli məlumat bazası üçün regional laborator məlumatları necə tərtib etmələrini müzakirə ediblər. Gələn aylarda əlavə layihələr planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti