...

Bakıda atmosferi çirkləndirən sexlə bağlı tədbirlər görüləcək

Gündəm Materials 28 İyul 2018 14:17 (UTC +04:00)
ETSN köhnə maşınqayırma zavodunun ərazisində monitorinq aparıb
Bakıda atmosferi çirkləndirən sexlə bağlı tədbirlər görüləcək

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Bakı şəhəri Anaşkin küçəsi, 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində tozun və qoxunun olması ilə bağlı şikayət daxil olub. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən operativ sözügedən ünvanda monitorinq keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Anaşkin küçəsi, 27 ünvanında yerləşən köhnə maşınqayırma zavodunun ərazisində fəaliyyət göstərən şüşə-boru sexinin ətraf ərazisindən atmosfer havasından nümunələr götürülüb. Monitorinq zamanı atmosfer havasında olan tozun və səs-küyün sanitar norma həddini keçdiyi məlum olub.

Aromatik (qoxu) karbohidrogenlərlə bağlı götürülmüş nümunələr hazırda təhlildədir. Aparılan monitorinqlərin nəticələrinə əsasən qanunamüvafiq tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti