...

Bakı sakini qardaşı arvadını qısqanclıq üstə öldürdü

Gündəm Materials 9 Avqust 2018 17:35 (UTC +04:00)
Bakıda qətl hadisəsi baş verib.
Bakı sakini qardaşı arvadını qısqanclıq üstə öldürdü

Bakı. Samir Əli - Trend:

Bakıda qətl törədilib. Trend-in məlumatına görə, hadisə avqustun 8-də paytaxtın Xəzər rayonunda baş verib.

Xəzər rayonu, Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Əliəkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti