...

ETSN ekoloji qanunvericiliyi pozan şirkət barədə Baş Prokurorluğa müraciət edib

Gündəm Materials 5 Sentyabr 2018 09:16 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
ETSN ekoloji qanunvericiliyi pozan şirkət barədə Baş Prokurorluğa müraciət edib

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən “Raqib-FK” MMC tərəfindən Əyriçay çayının sağ sahilindən 4078,08 kub.m həcmində gilin çıxarıldığı məlum olub.

Faktla bağlı “Raqib-FK” MMC barəsində akt tərtib edilib və təbiətə 22429,44 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğuna göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti