...

Vitse-spiker: Ermənistanın indiki hakimiyyəti təmtəraqlı şüarlar və selfilərdən başqa heç nə etməyib

Gündəm Materials 8 Oktyabr 2018 11:32 (UTC +04:00)
Ermənistanın indiki hakimiyyəti təmtəraqlı şüarlar və selfilərdən başqa heç nə etməyib.
Vitse-spiker: Ermənistanın indiki hakimiyyəti təmtəraqlı şüarlar və selfilərdən başqa heç nə etməyib

Bakı. Trend:

Ermənistanın indiki hakimiyyəti təmtəraqlı şüarlar və selfilərdən başqa heç nə etməyib.

Trend-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin vitse-spikeri, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın əməkhaqqı və pensiyaların artırılmasının zəruriliyi barədə bəyanatı - bu bəyanatla müxalif olarkən də çıxış edirdi - populizmdən başqa bir şey deyil.

Xatırladaq ki, Ermənistanın 2019-cu il dövlət büdcəsi layihəsində iqtisadi artım 4,9 faiz səviyyəsində planlaşdırılır, halbuki 2017-ci ildə bu göstərici 7 faizi ötürdü. Həmçinin əməkhaqqı və pensiyaların artırılması gözlənilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti