Bakı. Samir Əli - Trend:
Şəkidə qadın itkin düşüb.
Trend-in məlumatına görə, Şəki şəhər sakini Mahmudov Elxan Telman oğlu polisə müraciət edərək bildirib ki, anası 1954-cü il təvəllüdlü Mahmudova Çimnaz Ələsgər qızı dekabrın 5-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.