...

Azərbaycan Tələbələrinin II Qurultayının QƏTNAMƏSİ qəbul edilib

Gündəm Materials 21 Dekabr 2018 15:09 (UTC +04:00)
Azərbaycan Tələbələrinin II Qurultayının qətnaməsi qəbul edilib.
Azərbaycan Tələbələrinin II Qurultayının QƏTNAMƏSİ qəbul edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Tələbələrinin II Qurultayının qətnaməsi qəbul edilib.

Trend-in məlumatına görə, qurultay iştirakçıları Birinci vitse-prezident Mehriban Əliyevanın təbrik məktubunda öz əksini tapmış konseptual müddəaları, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın hədəflərini, məruzə və çıxışlarda irəli sürülən təklifləri nəzərə alaraq, bir sıra istiqamətləri əhatə edən qətnamə qəbul ediblər.

Qətnaməyə görə, həmin istiqamətlər tələbə-gənclərin dövlət quruculuğu prosesinə daha geniş cəlb edilməsi, yüksək akademik nailiyyətlərlə təhsil alan tələbələrin dövlət orqanlarında təcrübə keçmələri üçün şəraitin yaradılması, təhsil müəssisələrində azərbaycançılıq ideologiyasının təbliği, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi işinin sistemli təşkilidir.

Qətnamədə qeyd edilir ki, peşə təhsilinin əhatə dairəsinin, məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi imkanlarının genişləndirilməsi, kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, gənclərin sahibkarlıq təşəbbüslərinin, innovativ ideyalarının və yaradıcı layihələrinin reallaşdırılmasına dövlət dəstəyinin göstərilməsi, mədəniyyət, incəsənət, yaradıcılıq, idman sahələrində istedadlı gənclərin inkişafına dəstək göstərilməsi, tələbə-gənclərin iştirakı ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi, intellektual yarışların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi əsas istiqamətlərdir.

Qətnamədə gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği işinin təşkili, tələbə-gənclər üçün yay düşərgələrinin təşkili, təhsildə fərqlənən tələbələrin istirahəti və inkişafı üçün şəraitin yaradılması, tələbələrin, xüsusilə aztəminatlı, valideynlərini itirmiş, şəhid ailələrindən olan tələbələrin sosial müdafiəsinin gücləndirilməsi, təhsilin əlçatanlığının təmin edilməsi məqsədi ilə yeni tələbə yataqxanalarının yaradılması, mövcud yataqxanaların müasir tələblər əsasında yenidən qurulması ilə bağlı təkliflərin hazırlanması təşkili kimi məsələlər də yer alıb.

Qurultay bəyan edir ki, müstəqil Azərbaycanın tələbə-gəncləri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirəcək, peşəkar və rəqabətqabiliyyətli mütəxəssislər kimi ölkəmizin tərəqqisinə layiqli töhfələrini verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti