...

Bakıda yarımçıq tikilidə kişi meyiti aşkarlandı

Gündəm Materials 13 Fevral 2019 22:34 (UTC +04:00)
Bakıda meyit tapılıb.
Bakıda yarımçıq tikilidə kişi meyiti aşkarlandı

Bakı. Samir Əli - Trend:

Bakıda meyit tapılıb. Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Rayonun Ş.Mehdiyev küçəsi 97 ünvanında yerləşən yarımtikilidə kişi meyiti aşkarlanıb.

Polis və prokurorluq orqanları əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib.

Baxış zamanı meyitin üzərində xəsarət və zorakılıq izləri aşkar edilməyib.

Yasamal rayon Prokurorluğunda meyitin şəxsiyyətinin və ölümün səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti