Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyədə uçuş zamanı mobil telefondan istifadə edən sərnişinlər (foto çəkmək, danışmaq, internetdən istifadə etmək və s.) 2,1 min lirə məbləğində cərimə olunacaq.
Trend bu barədə Türkiyənin “Resmi gazete” qəzetinə istinadən məlumat verir.
Bundan başqa, təyyarədə siqaret, eləcə də elektron siqaret çəkməyə görə cərimələr 1,7 min lirədən 2,1 min lirəyədək artırılıb.
Məlumata əsasən, uçuş zamanı göyərtə bələdçilərinin tələblərinə əməl etməyən sərnişinlər də 2,1 min lirə cərimələnəcək.