...

Yanğında tüstüdən zəhərlənən azyaşlılar evə buraxılıb (YENİLƏNİB)

Gündəm Materials 9 Mart 2019 13:44 (UTC +04:00)
Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında baş vermiş yanğın nəticəsində 2 azyaşlı xəsarət alıb.
Yanğında tüstüdən zəhərlənən azyaşlılar evə buraxılıb (YENİLƏNİB)

Bakı. Elçin Mehdiyev - Trend:

Binəqədidə baş verən yanğında tüstüdən zəhərlənən iki azyaşlı evə buraxılıb.

Trend-in məlumatına görə, Toksikologiya Mərkəzində azyaşlılara ilkin tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş hesab edilib.

XXX

Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında baş vermiş yanğın nəticəsində 2 azyaşlı xəsarət alıb.

Trend-in məlumatına görə, 2011-ci il təvəllüdlü Mehdiyev Emil və 2016-cı il təvəllüdlü Mehdiyeva Dəniz tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdiriliblər.

Hazırda həkimlərin müdaxiləsindən sonra azyaşlıların vəziyyəti qənaətbəxş hesab olunur.

Qeyd edək ki, Binəqədidə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan bir otaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə qarsalanıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti