...

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb

Gündəm Materials 22 Mart 2019 13:17 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə digər sosial təminat növləri kimi, ünvanlı dövlət sosial yardımlarının da Novruz bayramına qədər ödənişi tam təmin edilib.
Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə digər sosial təminat növləri kimi, ünvanlı dövlət sosial yardımlarının da Novruz bayramına qədər ödənişi tam təmin edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, martın 19-dək bütün sosial yardımlar aztəminatlı ailələrin hesablarına köçürülüb. Bu ailələrdəki 1 yaşadək uşaqlara sosial müavinət təyin olunur ki, mart ayı üzrə həmin müavinətlər də sosial yardımla bərabər ödənilib.

Ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən maddi təminat formasıdır. Hazırda 50 mindən artıq ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti