...

Formula 1-də ağır qəza – Bolid sıradan çıxdı (FOTO)

Gündəm Materials 27 Aprel 2019 17:27 (UTC +04:00)
Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 bolidlərinin sıralama turunda ağır qəza baş verib.
Formula 1-də ağır qəza – Bolid sıradan çıxdı (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Formula 1 SOCAR Azərbaycan Qran Prisində Formula 1 bolidlərinin sıralama turunda ağır qəza baş verib.

Trend-in məlumatına görə, “Williams” komandasının pilotu Robert Kubitsa idarəetməni itirərək səkiyə çırpılıb. Nəticədə onun bolidi sıradan çıxıb və pilot yarışı dayandırıb.

Bolid dərhal trekdən evakuasiya edilib.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.

Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti