...

Ramana körpüsünün üzərində qəza - Hərəkət dayandı, sürət endirildi

Gündəm Materials 3 İyul 2019 08:50 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bir qədər əvvəl Ramana körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib. Bununla əlaqədar olaraq qəza yerinə yaxın yolda bir hərəkət zolağı baglanib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, sürət 20 km/saat endirilib.

Qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub.

Qısa vaxtda qəzanın nəticələri aradan qaldırılıb və normal hərəkət bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti