...

Metroda təzə qatarlardan birində nasazlıq olub, sıxlıq yaranıb (FOTO) (YENİLƏNİB)

Gündəm Materials 24 Yanvar 2020 19:09 (UTC +04:00)
"Bakı Metropoliteni"nin "Elmlər Akademiyası" stansiyasında qatarların birində problem yaşanıb.
Metroda təzə qatarlardan birində nasazlıq olub, sıxlıq yaranıb (FOTO) (YENİLƏNİB)

Bakı. Samir Əli - Elçin Mehdiyev - Trend:

Bakı Metropolitenin "Elmlər Akademiyası" stansiyasında qatarların birində problem yaşanıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, sərnişinlərdən biri vaqonda "təcili çıxış" düyməsini sıxıb və nəticədə qatarın qapıları bağlanmayıb.

Problem aradan qaldırılmadığı üçün sərnişinlər stansiyada boşaldılıb və qatar "İnşaatçılar"stansiyasına göndərilib. Orada problem aradan qaldırılandan sonra qatar xəttə davam edib. Qatarların intervalında gecikmə olmayıb. Hadisə təzə gətirilən qatarda baş verib.

Baş vermiş nasazlıq səbəbindən "Elmlər Akademiyası" stansiyasında sərnişin sıxlığı yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti