...

Suriyalı qaçqınların Azərbaycana gəlməsi ilə bağlı müraciət olmayıb - RƏSMİ

Gündəm Materials 5 Mart 2020 11:59 (UTC +04:00)
2020-ci ildə qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin sayı 32 nəfər olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3.4 faiz azalma deməkdir.
Suriyalı qaçqınların Azərbaycana gəlməsi ilə bağlı müraciət olmayıb - RƏSMİ

Bakı. Samir Əli - Trend:

Bu gün Azərbaycanda 539 nəfər Çin vətəndaşı var və onlardan 69 nəfər fevralın 20-dən sonra Azərbaycana gələnlərdir.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 2020-ci ildə qaçqın statusu almaq üçün müraciət edən əcnəbilərin sayı 32 nəfər olub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 3.4 faiz azalma deməkdir. Ümumilikdə bu il Azərbaycana gələn əcnəbilərin sayı azalıb:

"Çünki əcnəbilərə elektron vizaların verilməsi azalıb. Suriyalı qaçqınların Azərbaycana gəlməsi ilə bağlı müraciət olmayıb. Çindən vətəndaşların Azərbaycana gəlməsi məhdudlaşdırılıb, aviareyslər dayanıb. Bu gün Azərbaycanda 539 nəfər Çin vətəndaşı var və onlardan 69 nəfər fervalın 20-dən sonra Azərbaycana gələnlərdir. Ölkədə olma müddəti başa çatan Çin vətəndaşları ölkəni tərk edir. Əgər müddəti bitən şəxslərin qayıtmaslnda aviareys və digər problem yaranarsa, onlar nəzarətə götürülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti