...

Yevlaxda bir evin həyətində çətənə kolları aşkarlanıb

Gündəm Materials 9 İyun 2020 01:56 (UTC +04:00)
Yevlaxda bir evin həyətində çətənə kolları aşkarlanıb

Bakı. Trend:

Yevlax rayonunda yaşayan R.Əhmədovun evinin həyətyanı sahəsində yetişdirilmiş çətənə kolları götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xaldan kəndində yaşayan R.Əhmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 45 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti