...

Mərkəzi Gömrük Hospitalı COVİD-19 xəstələri üçün həkim vakansiyaları elan edib

Gündəm Materials 10 İyul 2020 10:38 (UTC +04:00)
Mərkəzi Gömrük Hospitalı COVİD-19 xəstələri üçün həkim vakansiyaları elan edib

Bakı. Samir Əli - Trend:

Covid-19 İnfeksiyasına yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan DGK TXİ-nin Mərkəzi Hospitalı vakant yerlər elan edir

Vakansiya:

Həkim

Vakansiya tələbləri:

Ali tibb təhsili;

Səhiyyə Nazirliyinin sertifikasiyası

Tibb sahəsində minimum 1 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

Klinik müşahidə və müayinə, anamnez toplanması və klinik-laborator tədqiqatların məlumatlarına əsasən müstəqil surətdə diaqnoz müəyyənləşdirmək;

Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını müəyyən etmək;

Pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator diaqnostika metodlarını təyin etmək;

Diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə diaqnostik, müalicə, reabilitasiya və profilaktika prosedurlarını aparmaq;

Zərurət olduqda xəstələrin məsləhəti, müayinəsi və müalicəsi üçün müəyyən edilmiş qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

Tibbi yardım göstərilməsinin bütün mərhələlərində pasiyent üzərində müşahidəni həyata keçirmək;

Müalicə-diaqnostik prosesin təkmilləşdirilməsi, özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərin yaxşılaşdırırlması üzrə rəhbərliyə təkliflər vermək;

Öz səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinin işinə nəzarət etmək, tabelikdə olanların həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;

Vakansiya:

Tibb bacısı (qardaşı)

Vakansiya tələbləri:

Orta tibbi təhsil (tibb bacısı, mama, feldşer)

Səhiyyə Nazirliyinin sertifikasiyası

Tibb sahəsində minimum 3 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

Həkiməqədər tibbi yardım göstərmək.

Laboratoriya tədqiqatları üçün bioloji materialların götürülməsini həyata keçirmək.

Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək.

Ambulator və stasionar şəraitlərdə müalicə-diaqnostik manipulyasiyalar və kiçik əməliyyatlar aparılmasında həkimə assistentlik etmək.

Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara, həkimin ambulator qəbuluna hazırlanmasını aparmaq.

Həkim təyinatının yerinə yetirilməsini təmin etmək.

Dərman vasitələrinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyat keçirmək.

Kiçik tibb heyətinin fəaliyyətinə rəhbərlik etmək.

Tibbi tullantıların toplanılması və istifadə edilməsini həyata keçirmək.

Sanitariya-gigiyenik rejim, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların xəstəxanadaxil infeksiyasının yayılmasının qarşısının alınması üzrə tədbirləri həyata keçirmək.

Vakansiya:

Kiçik tibb işçisi

Vəzifə öhdəlikləri:

Tibb bacısının rəhbərliyi altında xəstələrə qulluq etmək.

Xəstələrin və otaqların təmiz saxlanılmasını təmin etmək.

Xəstələrə qulluq, əşyalarının istifadəsi və saxlanılmasının düzgünlüyünü izləmək.

Xəstələrin döşək ağlarının və alt geyimlərinin dəyişdirilməsini həyata keçirmək.

Ağır xəstələrin daşınmasında iştirak etmək.

Müəssisədə sanitar normalara uyğun olaraq otaqların yığışdırılmasını həyata keçirmək.

Vakansiya:

Xadimə

Vəzifə öhdəlikləri:

Otaqları, dəhlizləri, pilləkənləri yığışdırmaq.

Mebelin, xalça materiallarının tozunu təmizləmək; divarları, döşəmələri, pilləkənləri, pəncərələri əl ilə və ya maşın və aparatların köməyi ilə süpürmək və yumaq.

Zibil və tullantıları yığmaq və müəyyən olunmuş yerə çatdırmaq.

Duş, qarderob və digər ümumi istifadə yerlərində təmizlik və dezinfeksiya işlərini aparmaq.

Yuyucu və dezinfeksiyaedici məhlulları hazırlamaq.

Yığışdırılan yerlərdə sanitariya və gigiyena qaydalarına riayət etmək.

Vakansiya:

Porter

Vəzifə öhdəlikləri:

Zibil və tullantıları yığmaq və müəyyən olunmuş yerə çatdırmaq.

Yığışdırılan yerlərdə sanitariya və gigiyena qaydalarına riayət etmək.

Ağır xəstələrin daşınmasında iştirak etmək.

Döşəmələri, pilləkənləri, pəncərələri aparatların köməyi ilə yumaq.

Maraqlanan namizədlər CV-lərini 10.07.2020-ci il tarixdən [email protected] ünvanına “Covid-19” başlığı ilə göndərə bilərlər.

Müraciət olunan vəzifənin adı qeyd edilməlidir.

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əmək haqqı barədə müsahibədə məlumat veriləcəkdir.

Qeyd: Pandemiya dövründən asılı olaraq müddətli işə qəbul ediləcək personal Covid-19 infeksiyasına yoluxmuş xəstələrin müalicəsinə cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti