...

Neftçalada çəkilən 44 km-lik yeni su xəttinin 29 km-lik hissəsində işlər yekunlaşıb (FOTO)

Gündəm Materials 28 Avqust 2020 17:12 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Neftçala RİH başçısı Mirhəsən Seyidov və Azərsu ASC-nin müavini Etibar Məmmədov Neftçala rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlərə yerində baxış keçirib.

Neftçala rayon İcra hakimiyyətindən Trend-ə verilən məlumatgörə, layihənin icraçıları bildirib ki, Neftçala şəhərinin və ətraf yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan layihə çərçivəsində, Salyan rayonu ərazisində olan su tutumu 7500 m3 olan su anbarının tikintisinə başlanılıb. Neftçala şəhərinə çəkilən su xətti layihəsinin tikintisi nəticəsində əsasən çox mənzilli binaların və fərdi yaşayış evlərində yaşayan 40.000 nəfərə yaxın şəhər sakinin içməli su xətti təchizatı və sayğaclaşdırılması, paralel olaraq Neftçala şəhərinin kanalizasiya sisteminin yenidən qurulması həyata keçiriləcək. Neftçala rayonu ərazisində çəkilən 44 km-lik yeni su xəttinin 29 km-lik hissəsində işlərin yekunlaşdığını bildirilib. Su xəttinin qalan 15 km-lik hissəsində çəkilişinin daha sürətli, daha tez başa çatması üçün əlavə canlı qüvvə və texnika cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti