Bakı. Trend:
Azərbaycanın biznes sektorunda önəmli yerə sahib olan “Gazelli Group” Holdingi ordumuza dəstək məsələsində də fərqlənə bilib.
Holdingin “Ordumuz DASTAN yazır!” adlı vətənpərvərlik aksiyası sosial şəbəkələrdə böyük marağa səbəb olub ( https://www.facebook.com/watch/?v=357994778876457)
. Belə ki, Gazelli Groupun müxtəlif strukturlarında çalışan əməkdaşları Azərbaycan əsgərinə sevgisini, ehtiramını və inamını çox fərqli üsulla çatdırıblar. Bununla yanaşı, holding tərəfindən Azərbaycan ordusuna dəstək məqsədi ilə əsgərlərimizə faydalı ola biləcək əşyalarla dolu 2000 ədəd çanta göndərilib. Bildirilib ki, Gazelli Group dövlətimizin, ordumuzun yanındadır:
“Biz əminik ki, Azərbaycan ordusu prezident İlham Əliyevin komandanlığı ilə düşmən üzərində layiqli zəfər çalacaq, şanlı bayrağımız əzəli torpağımız Qarabağda dalğalanacaq. 30 ilə yaxındır öz evlərindən didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıdacaqlar. Bu haqq yolunda qələbəyə inanır, ordumuza qüvənirik!”- deyə “Gazelli Group”dan əlavə edilib.