Bakı. Trend:
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi mobil çevik əməliyyat qrupları Kürdəmirdə əməliyyatları davam etdirib və ballistik raketin 8K14 (ELBRUS/SCUD) tipinə aid olduğunu bir daha sübut edən partlamış raket qalıqlarını aşkar edib.
Trend-in məlumatına görə, bu barədə ANAMA-nın "Twitter" hesabında məlumat verilib.
Xatırladaq ki, oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.