...

Suraxanıda hasar aşdı, qaz xətti zədələndi (FOTO)

Gündəm Materials 16 Noyabr 2020 17:51 (UTC +04:00)
Suraxanıda hasar aşdı, qaz xətti zədələndi (FOTO)

Bakı. Samir Əli - Trend:

Noyabrın 16-da intensiv yağan yağış Suraxanı rayonu, Zığ qəsəbəsi, Xanlar küçəsində vətəndaşa məxsus hasarı aşırıb.

Bu barədə Trend-ə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, hadisə nəticəsində ərazidən keçən 108 mm diametrində olan qaz xəttinin 80 metrlik hissəsi və 5 ədəd qaz sayğacı hasarın altında qalaraq zədələnib. Nəticədə S.Həmidov, Xanlar, H. Allahverdiyev küçələrindəki 120 abonentin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb. Qaz təchizatının bərpası məqsədilə “Azəriqaz” İstehsalat Birliyinin Qəza təmir-bərpa xidmətinin əməkdaşları artıq həmin ərazidə operativ işə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti