Bakı. Samir Əli - Trend:
Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Namiq Zeynalovı barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Trend-in məlumatına görə, bu gün Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. İcra başçısıbarəsində 4 ay həbs qətimkan tədbiri seçilib
X X X
16.41
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılan, Cəlilabad rayon icra başçısı Namiq Zeynalov Səbail rayon məhkəməsinə gətirilib.
Trend-in məlumatına görə, icra başçısı barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi başlayıb. Prosesə hakim Azər Tağıyevin sədrliyi ilə baxılır.
N. Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.