...

Moskvada koronavirusdan ölənlərin sayı 9 870 nəfərə çatıb

Gündəm Materials 13 Dekabr 2020 04:57 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 72 nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 72 xəstə dünyasını dəyişib".

Ümumilikdə pandemiyanın başlayandan paytaxtda virusa 685,8 min nəfər yoluxub, 524,8 minnəfər xəstəlikdən sağalıb, koronavirus təsdiqlənən 9 870 nəfər ölüb.

Rusiya Federasiyasındakı COVID-19 virusuna ümumi yoluxma sayı 2 625 848, ölüm sayı isə 46 453 təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti