...

Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb - Həsən Ruhani

Gündəm Materials 14 Dekabr 2020 17:52 (UTC +04:00)
Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb - Həsən Ruhani

Bakı. Elnur Bağışov – Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tanıdığıma görə onun İrana və İranın ərazi bütövlüyünə hörmətsizlik etdiyinə inanmıram.

Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani media mənsubları ilə mətbuat konfransında deyib.

H.Ruhaninin sözlərinə görə, Türkiyə tərəfinin bildirdiyinə əsasən, Türkiyə prezidentinin oxuduğu şeirdə məqsədi İran olmayıb: “Buna əsasən, Türkiyə prezidentinin çıxışını tam şəkildə dəyərləndirmək lazımdır”.

İran prezidenti deyib ki, İranda bu məsələyə reaksiyanın göstərilməsi başa düşüləndir. Çünki ərazi bütövlüyü İran üçün önəmlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti