...

"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır

Gündəm Materials 5 Yanvar 2021 14:21 (UTC +04:00)
"Google" axtarış sistemi Azərbaycanda populyarlığını qoruyub saxlayır

Bakı. Sədrəddin Ağcayev - Trend:

2020-ci ilin dekabrında Azərbaycanın axtarış sistemi bazarında 95,86 faiz paya sahib olan "Google" ölkədə ən populyar axtarış sistemi kimi qalmaqda davam edir.

Trend bu barədə “Global Stats” statistika mərkəzinə istinadən məlumat verir.

Noyabr ayı ilə müqayisədə "Google" axtarış sisteminin payı 0,07 faiz azalıb.

Hesabat dövründə "Yandeks.Poisk" axtarış sisteminin payı 0,06 faiz artaraq 2,3 faiz təşkil edib.

"Yandex" axtarış sisteminin payı isə 0,12 faiz artaraq 0,72 faizə bərabər olub.

Eyni zamanda "Yahoo"nun bazardakı payı 0,04 faiz azalıb və 0,4 faiz təşkil edib.

Azərbaycanın axtarış sistemi bazarında 0,72 faiz digər axtarış sistemlərinin payına düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti