...

Şuşaya yol çəklişində iştirak edən Türkiyə şirkətlərinin adları məlum olub

Gündəm Materials 22 Fevral 2021 11:38 (UTC +04:00)
Saleh Məmmədov
Şuşaya yol çəklişində iştirak edən Türkiyə şirkətlərinin adları məlum olub

Bakı. Samir Əli - Trend:

Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişin Türkiyənin 2 şikəti - Kolin İnşaat Sanayi Turizm ve Ticaret A.Ş və Özgun Yapi Senaye ve Ticaret A.Ş şirkətləri iştirak edir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib:

"Məlumat üçün bildirim ki, avtomobil yolunun inşası “7 №-li Magistral Yol İistismarı” MMC, “16 № -li Xüsusi Təyinatlı Yol İistismarı” MMC, “AzVİRT” MMC və Türkiyənin 2 şikəti - Kolin İnşaat Sanayi Turizm ve Ticaret A.Ş və Özgun Yapi Senaye ve Ticaret AŞ Şirkətləri tərəfindən davam etdirilir".

Sədr bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mülkiyyətində olan 2661 km uzunluğunda avtomobil yolu və 90 ədəd körpü də vardır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti