Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Tovuz döyüşləri - Qələbəyə aparan yollar” adlı tədbir keçirilib (FOTO/VİDEO)

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Tovuz döyüşləri - Qələbəyə aparan yollar” adlı tədbir keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İsmayıllı rayonunun Balik kəndində Tovuz döyüşlərinin ilk şəhidlərindən olan əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirovun ad günündə “Tovuz döyüşləri – Qələbəyə aparan yollar” adlı tədbir keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə şəhidin məzarı ziyarət olunub, Müdafiə Nazirliyinin adından önünə çələng və gül dəstələri qoyulub. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi yad edilib.

Layihənin müəllifi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Tovuz döyüşlərindən ətraflı söhbət açaraq deyib:

“2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə artilleriyadan istifadə etməklə qəflətən hücuma keçməyə cəhd göstərmiş, lakin Azərbaycan Ordusunun adekvat tədbirləri nəticəsində düşmənə tutarlı zərbələr endirilmiş və o, itki verərək geri çəkilməyə məcbur edilmişdir.

Həmin döyüşdə ordumuzun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları baş çavuş Vüqar Sadıqov və baş əsgər Elşad Məmmədov qəhrəmancasına şəhid olmuş, beş nəfər hərbi qulluqçumuz isə yaralanmışdır. Yaralılara vaxtında ilk yardım göstərilərək döyüş meydanından təxliyyə edilsələr də, onlardan biri – gənc əsgər Xəyyam Daşdəmirov az sonra şəhid olmuşdur.

Döyüşlərin bilavasitə iştirakçısı olan polkovnik A.Qurbani nəzərə çatdırıb ki, iyulun 13-nə keçən gecə döyüşlər daha da intensivləşmiş, düşmən məkrli və hiyləgər niyyətini davam etdirmişdir. Cavab olaraq artilleriya, minaatan və tankların tətbiqi ilə gecə döyüşləri zamanı bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğusu, avtomobil texnikası və xeyli canlı qüvvəsi məhv edilmişdir.

Ertəsi gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sədrliyi ilə keçirilən Təhülkəsizlik Şurasının iclasında dövlətimizin başçısı şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyərək artıq şəhidlərimizin intiqamının alındığını və bundan sonra da alınacağını bildirmiş və demişdir: “Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun yerini göstərəciyik. Bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq”.

Prezident İlham Əliyev bir daha qətiyyətlə bəyan etmişdir ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin.

“Ermənistan hərbi təxribatlar törədərək Azərbaycan ərazisinə basqın etmək istəyib, mövqelərimizi məhv etmək istəyib, mülki əhalini, kəndlərimizi atəşə tutub”, - deyən Ali Baş Komandan “dəmir yumruğunu” göstərərək axırıncı dəfə Ermənistanın siyasi və hərbi rəhbərliyinə xəbərdarlıq etmişdir ki, bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq”.

Lakin yenə də düşmən öz çirkin niyyətlərindən əl çəkmədikdə görülən hərbi cəza tədbirləri nəticəsində onun atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, müxtəlif təyinatlı hərbi texnika və döyüş vasitələri, komanda məntəqəsi, tabor qərargahı, hərbi infrastukturu, müdafiənin dərinliyindəki ehtiyatlar və 20 nəfərdən çox canlı qüvvəsi məhv edilmişdir.
Diqqətə çatdırılıb ki, Tovuz döyüşlərində şəhidlər versək də, düşmən bir qarış da irəliləyə bilməmiş və arzusu gözündə qalmışdır.

Qədirbilən xalqımız Tovuz döyüşlərinin şəhidlərini: general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, baş çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov və digər igid oğullarımızı böyük izdihamın iştirakı ilə son mənzilə uğurlamışdır.

Tədbirdə bir daha vurğulanıb ki, həmin günlərdə bütün xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşmiş, torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda döyüşlərə hazır olduqlarını bildirmiş, minlərlə insan Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrinə üz tutaraq könüllü döyüşlərə yollanmaq üçün qeydiyyata alınmışlar.

Həmin günlər bütün ölkə vətənpərvərlik hissi, qələbəyə inam hissi ilə yaşayırdı. Məhz Tovuz döyüşləri 27 sentyabrda “Dəmir yumruq” əməliyyatı ilə başlayacaq 44 günlük Vətən müharibəsində qələbəyə aparan yolların başlanğıcı kimi müasir hərb tariximizə düşmüşdür.

Ehtiyatda olan polkovnik-leytenant Əlişir Süleymanov da Tovuz döyüşlərini xatırlayıb. Şəhid əsgər Xəyyam Daşdəmirovun və digər şəhidlərimizin intiqamını almaq üçün bütün xalqın ayağa qalxdığını, meydanlara axışdığını yada salıb və bundan böyük qürur duyduğunu dilə gətirib. “Mən ahıska türklərindənəm. 1989-cu ildə Özbəkistanda milli zəmində törədilən iğtişaşlardan sonra ailəmizlə birlikdə Azərbaycana pənah gətirmişik. Azərbaycan xalqı öz doğma qardaşları, əzizləri kimi bizə qucaq açıb. O gündən İsmayıllı rayonunda məskunlaşmışıq. 1992-ci ildə indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişəm. Ağdam, Goranboy, Murovdağ, Gədəbəy, Beyləqan, Füzuli istiqamətlərində döyüşlərdə iştirak etmişəm. Xidmətlərim yüksək qiymətləndirilib. Ehtiyata buraxılmağıma baxmayaraq, bu gün də Azərbaycan uğrunda hər bir əmrə hazıram. Vətən müharibəsinin ilk günlərindən cəbhə bölgələrində döyüşən orduya mənəvi və maddi dəstəyimi heç vaxt əsirgəməmişəm. Bu gün də Vətənin müsəlləh əsgəri kimi hər bir əmrə hazıram.

Möhtərəm Prezidentimizin, eləcə də Müdafiə Nazirliyi rəhbərliyinin şəhidlərə, şəhid ailələrinə, döyüşlərdə sağlamlığını itirənlərə göstərdiyi diqqət və qayğı təqdirəlayiqdir. Bu gün Tovuz döyüşlərinin ən gənc şəhidi olan əsgər Xəyyam Daşdəmirovun ad günü münasibətilə bu tədbirin keçirilməsi şəhid ailəsinə sanki dünyanı bağışladı, onlara böyük təsəlli oldu. Həqiqətən də, qəhrəmanlıq qəhrəmanla ölmür, onun ömrü uzun olur. Şəhid ailəsinin istəyi odur ki, övladları unudulmasın, xatirələri əziz tutulsun. Mən şəxsən Müdafiə Nazirliyinə bu tədbirə görə dərin minnətdarlığımı bildirirəm”.

Kənd tam orta məktəbinin direktoru, Xəyyamın ilk müəllimlərindən olan Ağagül Səfərov sevimli şagirdini yada salaraq kövrəlib. O, deyib: “Xəyyam haqqında keçmiş zamanda danışmaq hər birimiz üçün çətindir. Ancaq onu da yaxşı bilirik ki, qələbə qurbansız olmaz. Mən özüm də Birinci Qarabağ müharibəsinin iştirakçısıyam. Fəxr edirəm ki, şagirdlərim bizim görə bilmədiyimiz işləri görüblər, bizim qalxa bilmədiyimiz ən yüksək məqama ucalıblar. Xəyyamın şəhidliyindən sonra sanki kəndimizin cavanları bir az da mübarizləşiblər. Kəndimizə gedib-gələnlərin də sayı çoxalıb. Yollarımıza asfalt çəkilib, mərkəzi küçəmiz əsgər Xəyyam Daşdəmirovun adını daşıyır, xatirə lövhəsi vurulub. Bütün bunlar gənclərimizdə vətənpərvərlik hissini, hərbi peşələrə marağı daha da artırır. Vətən müharibəsinə gedən yollar Tovuz döyüşlərindən başlanıb və biz fəxr edirik ki, bu döyüşlərin ilk şəhidlərindən biri də bizim kəndin yetirməsidir.

İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov şəhid əsgər X.Daşdəmirovun idman uğurlarından, dəfələrlə respublika yarışlarında medal və diplomlara layiq görüldüyündən, rayonun idman şərəfini qoruduğundan iftixarla danışıb və onu heç vaxt unutmayacaqlarını, yazda isə Xəyyamın xatirəsinə karate üzrə rayon birinciliyini təşkil edəcəklərini planlaşdırdıqlarını vurğulayıb.
Gənclər adından çıxış edən Elbəy Fətəliyev şəhidlərimizin intiqamını almaq üçün yüzlərlə ismayıllılı gəncin hərbi xidmətə, döyüşlərə böyük həvəslə yollandıqlarını, bütün cəbhələrdə düşmənə qarşı amansız mübarizə apardıqlarını və bu gün də Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını qeyd edib.

Şəhidin atası, Birinci Qarabağ müharibəsində 4 il mütəmadi olaraq Ağdam uğrunda döyüşlərdə fəal iştirak edən Məhəmməd Daşdəmirov göstərilən diqqətə görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını, həmçinin digər oğlu ilə birlikdə Vətən uğrunda döyüşlərə yenə də hazır olduğunu deyib.

Şəhid məzarı qarşısında keçirilən tədbirdən sonra onun boya-başa çatdığı ata ocağı ziyarət olunub, üzərində şəhidin portreti olan xalça anasına hədiyyə edilib.
Vüsalə ana şəhid oğlunun ad günündə belə bir tədbirin təşkilində zəhməti olan hər kəsə minnətdarlıq edərək “Təki Vətən sağ olsun! Oğul düşmən çəpəridir” deyib.

Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır
Futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalır
İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi
İngiltərə futbol çempionatı: "Mançester Siti" "Vulverxempton"a qalib gəldi
"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu
"Borussia" Almaniya futbol Kubokunun ilk yarımfinalçısı oldu
Loading Bars
Xəbər lenti
İrana səfər qaydaları AÇIQLANDI
Myanmada toqquşmalar zamanı 38 nəfər ölüb
Gəncədə 5 otaqlı ev yanıb
Hakimliyə namizədlərlə test imtahanı keçirilib
Pandemiya və müharibənin iqtisadi təsirləri: Azərbaycan yüksəlib, Ermənistan isə çöküb - STATİSTİKA
Azərbaycanda vəfat edən insanlar əsasən bu yaşda olub
Azərbaycanda mobil operatorların gəlirləri azalıb
Azərbaycanın "ağıllı" layihələr üzrə təcrübəsi Belarusda təqdim olunacaq
Yaşamaq üçün Azərbaycana gələnlərin sayı gedənləri xeyli üstələyib
Niderlandın nüfuzlu qəzetində Xocalı soyqırmı ilə bağlı məqalə dərc olunub
Xorvatiyanın "yaşıl enerji" şirkətləri azad edilmiş ərazilərin inkişafına öz töhfəsini verə bilər - Səfirlik
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
Vaksinasiya olunmaq istəməyən müəllimlərə qarşı hər hansı tədbir görülməyəcək - BŞTİ müdiri
Dubayda koronavirusla bağlı məhdudiyyətlər Ramazan ayınadək uzadılıb
Bakıda 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək
MDU-da Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib (FOTO)
Yunanıstanda dağıntılar altından bir nəfər xilas edilib
Balakəndə itkin düşən azyaşlı tapıldı
Terrorçu-diversant qrupu heç bir vəchlə hərbi əsir hesab edilə bilməz - Leyla Abdullayeva (MÜSAHİBƏ)
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib (FOTO/VİDEO)
Mingəçevirdə üç minik avtomobili toqquşub, xəsarət alan var
Ziraat Bank Azərbaycan həyata keçirdiyi layihələr üzrə mükafatlara layiq görüldü!
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb (FOTO)
Güclü, təmiz və gigiyenik: Samsung Jet ™ tozsoranın ətraflı icmalı (VİDEO)
Prezident İlham Əliyev: Biz sülh istəyirik və bu gün sülhü təbliğ edirik
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın istiqamətləri müzakirə olunub - (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Pakistanla birgə hərbi təlimlər üzərində düşünürük
Prezident İlham Əliyev: Ümid edirik ki, Pakistan yeni yaranmaqda olan nəqliyyat marşrutlarına qoşulacaq
ADPU nümayəndələri universitetin şəhid məzunlarından A.Abbasovun yeni dünyaya gələn qızı İlknuru ziyarət ediblər (FOTO)
Azərbaycan Prezidenti: Pakistan dünyanın Ermənistanla diplomatik münasibətlər qurmayan azsaylı dövlətlərindən biridir
Prezident İlham Əliyev: Müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirdi
Kürdəmirdə ağır qəza: 6 nəfər xəsarət alıb
Minaya düşən idarə rəisinin yerləşdirildiyi xəstəxanadan GÖRÜNTÜLƏR
Evimizə köçəcəyimiz günü gözləyirik: Ermənilər tərəfindən evi dağıdılan sakin Trend TV-yə danışır
Məktəblərin bağlanması bizim qərarımızla deyil... - Mehriban Vəliyeva
Şirvanşahlar Sarayı Kompleksinin 360°-li "3D" modeli təqdim olunub (FOTO)
Martın 4-nə USD/AZN rəsmi məzənnəsi
Unibank şəhid Tural Məmmədovun ailəsinə evi təqdim etdi
Paşinyan parlamentdə tribunaya çıxmaqdan imtina edib (VİDEO)
Venesuela Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib - Səfir
Azərbaycanla Venesuela arasında əməkdaşlığın inkişaf imkanları müzakirə edilib
Qazimizin görmə qabiliyyəti bərpa edilib
Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib (FOTO)
Türkiyədən Azərbaycana polad ixracı artıb
Silk Way Technics 15 ildir təyyarələrin təhlükəsiz istismarını təmin edir
Azərbaycan regionda əbədi sülhün bərqərar olmasının tərəfindədir - Naqif Həmzəyev
Xocalı faciəsinin canlı şahidi amerikalı blogerə müsahibə verib
Yelo Bank-dan 8 mart kampaniyası
Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı
Direktorların işə qəbulu müsabiqəsi pandemiya vəziyyətinə uyğun keçiriləcək
Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İtaliya parlamentində minalanmış ərazilərin xəritəsinin verilməsinə dair qətnamənin qəbul olunması nümunəvi presedentdir - Könül Nurullayeva
300-dən çox Vətən müharibəsi qazisinin protezə ehtiyacı var - Agentlik
TÜRKSOY-un qərargahında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb (FOTO)
Başımda 9 qəlpə var idi, yeddisini çıxarıblar, ikisi qalıb - Sumqayıtlı qazi (FOTO)
Səudiyyə Ərəbistanı Həcc ziyarəti şərtlərini açıqladı - QMİ rəsmi bildiriş gözləyir
İdarə rəisi minaya düşüb, vəziyyəti ağırdır (FOTO)
Ombudsman hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə görüşüb (FOTO)
Mətbuat Şurası İndoneziya Jurnalistlər Assosiasiyasına təşəkkür məktubu ünvanlayıb
Roma papası pandemiyadan sonra ilk səfərini bu ölkəyə edəcək
Azərbaycan-Türkiyə birliyi bütün türk dünyasına nümunədir - Politoloq
Milli Məclisin növbəti iclasının gündəliyi məlum oldu
Ermənistanda hakimiyyətə gəlmək istəyənlər faşist ideologiyasını əsas tutur - Deputat
Azərbaycanda 520 nəfər qazi və şəhid ailəsi üzvünə psixoloji yardım göstərilib
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı
İsrail həkimləri 22 qazini əməliyyat etdi
Ceyhun Bayramov italiyalı həmkarı ilə telefonla danışıb
İki ali məktəbin akkreditasiyası aparılır
Yunanıstanda güclü zəlzələ olub
“Final” qida markası yeni reklam çarxını təqdim edib (FOTO)
Təhsil işçilərinin vaksinasiyasına başlanılıb
Media nümayəndələri qazilərimizə göstərilən reabilitasiya xidmətləri ilə tanış edilib (FOTO)
Yoluxanların sayı bu gün də 300-ü keçdi
Türkiyə Gürcüstanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli iş birliyinə önəm veririk - Çavuşoğlu
Füzulidə ermənilərin atıb qaçdığı 2 zenit-raket kompleksi aşkarlandı (FOTO/VİDEO)
DGK bu il büdcəyə əlavə 77,74 milyon manat köçürüb - Səfər Mehdiyev
İranda sutka ərzində 86 nəfər koronavirusdan ölüb
Rəmişin vəziyyətində irəliləyiş var - Həyat yoldaşı
FHN 5 nəfəri xilas etdi, birinin meyiti aşkarlandı (VİDEO)
Niderlanddakı erməni təşkilatının növbəti saxtakarlığı ifşa edilib (FOTO)
ADU-nun məzunları cəmiyyətin bütün səviyyələrində özünü doğruldub - Misgər Məmmədov
Azərbaycanın bir neçə müəssisəsindən Rusiyaya alma və pomidor idxalına icazə verilib
Bakıda “E-manat”ı oğurlayıb qəbirstanlığa apardılar (FOTO/VİDEO)
DİN sosial şəbəkələrdə paylaşılan şəkillə bağlı açıqlama verdi - FOTO
Bu il Azərbaycanın ümumi daxili məhsulu 4 faiz artacaq - Moody’s
Azad olunmuş ərazilərə keçməyə cəhd göstərən 11 şəxs saxlanılıb
Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlanıb (FOTO)/VİDEO
Koronavirusa görə bağlanan məktəblərdən biri açılır
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universiteti ilə əməkdaşlığa başlayıb (FOTO)
Daha bir restoranda toy məclisi aşkarlandı, 13 nəfər cərimələndi
Niderlandda koronavirus test mərkəzində partlayış olub
Bəzi ölkələrin parlamentarları öz qərəzli mövqelərini sülhdən də üstün tutur - XİN
Sosial müavinət və təqaüd alanların sayı açıqlanıb
Azərbaycanda nəqliyyat ödəniş kartları köşklərdə satılacaq
Yay aylarında koronavirusla vidalaşa bilərik - Professor
6 sahibkarlıq subyektinin qeydiyyata alınmasından imtina olunub
Nizami rayonunda bir gündə 12 ton çeşidlənmiş tullantı yığılaraq təhvil verilib (FOTO)
120 nəfərlik toy edənlər saxlanıldı (FOTO)
Bütün xəbərlər