...

Qan təzyiqini aşağı salan içki müəyyən edilib

Gündəm Materials 9 Mart 2021 20:33 (UTC +04:00)
Qan təzyiqini aşağı salan içki müəyyən edilib

Bakı. Orxan Nəbiyev - Trend:

Pomidor suyu ürək xəstəlikləri riski yüksək olan insanlarda qan təzyiqini və xolesterin səviyyəsini azalda bilər.

Trend-in məlumatına görə, Tokio Tibb Universitetinin alimləri bu qənaətə gəlib.

Bir il ərzində aparılan müşahidələr zamanı 418 könüllü duzsuz pomidor suyu içib və sağlığındakı dəyişikliklər barədə qeydlər aparıb.

Yekunda məlum olub ki, hipertoniyalı insanlarda qan təzyiqi orta hesabla 3 faiz azalıb.

Mütəxəssislər hesab edir ki, pomidor suyunu duzsuz içmək daha məqsədəuyğundur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti