...

Fikrət Qoca vəfat edib

Gündəm Materials 5 May 2021 08:42 (UTC +04:00)
Fikrət Qoca vəfat edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Xalq şairi Fikrət Qoca 85 yaşında vəfat edib.

Bu barədə Trend-ə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Xəyal Rzazadə məlumat verib.

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. 1964-cü ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunu bitirib.

Əsərləri 1956-cı ildən mətbuatda çap edilib. Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında fəaliyyət göstərmiş, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə məsul katibi olub. 1987-ci ildən "Qobustan" incəsənət toplusunun baş redaktorudur. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti