...

Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət olub

Gündəm Materials 5 May 2021 15:39 (UTC +04:00)
Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət olub

Bakı. Samir Əli - Trend:

Əlillik dərəcəsinin ləğvi ilə bağlı Baş Prokurorluğa 266 müraciət edilib.

Trend-in məlumatına görə, bunu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Cavid Əbdülqədirov deyib.

O qeyd edib ki, indiyə qədər 7000-dən artıq şəxsin əlilliyi ləğv edilib, 266 əlillik dərəcəsinin ləğvi ilə bağlı artıq Baş Prokurorluğa müraciət olunub: "Əlilliyi ləğv olunan 7000-dən artıq şəxsdən cəmi 300-dən artığı məhkəməyə müraciət edib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti